İsrail ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı 20 bəndlik planının həyata keçirilməsi üçün vasitəçilərdən HAMAS-ın bütün ərazi üzrə dərhal tərksilah edilməsini tələb etmələrini istəyib.
APA xəbər verir ki, bu barədə noyabrın 10-da İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Məlumatda bildirilib ki, plana əsasən, Qəzzanın bərpasına başlanmazdan əvvəl HAMAS tərksilah edilməli, bölgə isə hərbsizləşdirilməlidir. İsrail tərəfi HAMAS-ın indiyədək heç bir silah təhvil vermədiyini vurğulayıb.