Bank Of Baku

Çin şirkəti Gürcüstanda 95 mln. dollarlıq layihənin icrası üçün təklif göndərib

Çin şirkəti Gürcüstanda 95 mln. dollarlıq layihənin icrası üçün təklif göndərib
# 04 iyun 2019 12:58 (UTC +04:00)

Çin şirkəti 95 mln. ABŞ dollar dəyərində olan Tbilisi Logistika Mərkəzi layihəsinin reallaşdırılması üçün Gürcüstan hökumətinə təklif verib. ONA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuke Baxtadze parlament qarşısında illik hesabatı zamanı məlumat verib.

Baş nazir bildirib ki, layihədə iştirak etmək istəyən şirkətlərə 8 oktyabr 2018-ci il tarixədək texniki və iqtisadi təkliflərini vermələri üçün vaxt verilib. Bu imkandan yalnız Çin şirkəti olan Çin Dövlət Tikinti Mühəndislik Korporasiyası yararlanıb və layihə ilə bağlı təklif verib. Baş nazirin sözlərinə görə hazırda şirkətin təklifi dəyərləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR