Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib.
Ermənistan mediasının xəbərinə görə, parlament “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında” çərçivə sazişini ratifikasiya edib.
63 nəfər lehinə, 32 nəfər isə əleyhinə səs verib, bitərəf qalan olmayıb.
Qeyd edək ki, bu ilin may ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio “TRIPP layihəsi ətrafında Ermənistan Respublikası ilə ABŞ arasında strateji əməkdaşlıq haqqında” çərçivə sazişini paraflayıblar.