Bank Of Baku

Ermənistanda 2,8 maqnitudalı zəlzələ qeydə alınıb

Ermənistanda 2,8 maqnitudalı zəlzələ qeydə alınıb
# 01 may 2025 08:48 (UTC +04:00)

Mayın 1-də yerli vaxtla saat 07:47-də Ermənistanda 2,8 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, yeraltı təkanlar Qeqarkunik rayonunun Qavar şəhərindən 13 km cənub-şərqdə baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Seysmoloji Xidmətin məlumatına görə, episentral zonada yeraltı təkanlar 3-4 bal təşkil edib.

Zəlzələ Ermənistanın bir sıra rayon və kəndlərində, həmçinin Azərbaycanın sərhəd bölgələrində hiss olunub.

Həmin yaşayış məntəqələrində təkanların intensivliyi 2-3 bal olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR