Bank Of Baku

Gürcüstan hökuməti elektrik enerjisinin idxal proqnozunu azaldıb 

Gürcüstan hökuməti elektrik enerjisinin idxal proqnozunu azaldıb 
# 25 iyun 2019 16:19 (UTC +04:00)

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi elektrik enerjisi idxalı proqnozunu azaldıb.

APA-nın yeri bürosunun nazirliyə istinadən verdiyi məlumata görə, ötən ilin sonunda təsdiq edilən balans hesabatına əsasən, 2019-cu ildə idxalın həcmi 2,8 mlrd. kVt-saata bərabər olub. Yeni balans hesabatında isə bu rəqəm 1,6 mlrd. kVt-saata qədər azaldılıb. Cari ildə idxal bir əvvəlki ilə görə 7% artacağı bildirilir.

İxrac proqnozlarının azaldılmasının cari ildə elektrik istehlakının azalması ilə bağlıdır.

Gürcüstanın elektrik enerjisi ixracatı yeni proqnoz balansında 696 mln. kVt-saatdan 426 mln kVt-saata qədər azaldılıb.

İstehlakçılara verilmiş elektrik enerjisinin ümumi həcminə gəldikdə isə proqnoz dərəcəsi 14,2 mlrd. kVt-saatdan 13,3 mlrd. kVt-saata qədər endirilib.

Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsüdür. Gürcüstan Milli Statistika Ofisinin hesabatına görə, cari ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 26,274 mln. ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR