Bank Of Baku

Gürcüstan prezidenti Tiflis cümə məscidinə gedib

Gürcüstan prezidenti Tiflis cümə məscidinə gedib
# 04 iyun 2019 09:45 (UTC +04:00)

Gürcüstan prezidenti Salome Zurabişvili Ramazan bayramı münasibəti ilə Tiflis Cümə məscidinə gedib.

APA-nın yerli bürosu xəbər verir ki, prezident müsəlmanları Ramazan baryamı münasibəti ilə təbrik edib, onlara öz arzularını çatdırıb. Bildirib ki, Gürcüstanda hər kəs mövcud olan dini dözümlülüyü qorumaq üçün əlindən gələni etməlidir: "İslam dini  sülh və əmin-amanlıq  dinidir. Bu gün Gürcüstanda bütün dinlərə qarşı tolerantlıq mövcuddur. Amma təəssüf ki, hazırda  dünyanın bir sıra ölkələrində vəziyyət fərqlidir. Ona görə də biz birlikdə möhkəm dayanmalı və hər kəsə nəyə qadir olduğumuzu  göstərməliyik”. 

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev isə öz növbəsində Gürcüstan prezidentinə məscidə gələrək müsəlmanları ziyarət etdiyinə görə təşəkkür edib.

Qeyd edək ki, Gürcüstanda Ramazan bayramı bu gündən qeyd olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR