Gürcüstana saxta pul keçirməyə çalışan Türkiyə vətəndaşı saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qurumun əməkdaşlarının apardığı operativ araşdırma nəticəsində Gürcüstana 6 ədəd saxta 500 avroluq əskinas daxil edən və satışa çıxaran Türkiyə vətəndaşı saxlanılıb.
Faktla balı cinayət işi açılıb. Saxlanılan şəxsi 4 ildən 7 ilədək həbs gözləyir.