Bank Of Baku

Gürcüstanda deputatın həbsi üçün parlament baş prokurorluğa icazə verib

Gürcüstanda deputatın həbsi üçün parlament baş prokurorluğa icazə verib
# 26 iyun 2019 15:15 (UTC +04:00)

Gürcüstan parlamentinin Hüquq və Prosessual məsələlər komitəsində aparılan səsvermədə Vahid Milli Hərəkat partiyasından olan deputat Nika Melianın həbsinə icazə verilib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş prokurorluğunun parlamentə müraciəti əsasında keçirilən səsvermədə Hüquq və Prosessual komitə  üzvlərinin əksəriyyəti deputatın saxlanılmasının lehinə səs verib.

Qeyd edək ki, ötən gün Gürcüstanın baş prokurorluğu  Vahid Milli Hərəkat partiyasından olan deputat Nika Melianın həbsi barədə qərar qəbul edib. Prokurorluq qərarın həyata keçirilməsi məqsədi ilə millət vəkilinin toxunulmazlığının və millət vəkili mandatının ləğv edilməsi haqqında parlamentə müraciət edib.

Nika Melia Tbilisidə keçirilən mitinq zamanı baş verən zorakılığı təşkil etməkdə, liderlik və iştirak etməkdə günahlandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR