Gürcüstanda icra başçısının evinə oğru girib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, hadisə Rustavi rayonunun meri İrakli Tabaquanın Qori bələdiyyəsinə tabe olan Tortiza kəndindəki evində baş verib.
Evə daxil olan oğrular bəzi məişət əşyalarını götürüblər.
Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi oğurluq maddəsi ilə cinayət işi başladıb. Oğruları 4 ildən 7 ilədək həbs gözləyir.