Bank Of Baku

Gürcüstanda məhkəmə toxunulmazlığı ləğv edilən deputatdan 30 min lari girov tələb edib

Gürcüstanda məhkəmə toxunulmazlığı ləğv edilən deputatdan 30 min lari girov tələb edib
# 27 iyun 2019 16:21 (UTC +04:00)

Gürcüstan parlamentinin plenar iclasında keçirilən səsvermə əsasında toxunulmazlığı ləğv edilən  Vahid Milli Hərəkat Partiyasının üzvü Nika Meliadan Tbilisi Şəhər Məhkəməsi 30 min lari girov tələb edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə məhkəmənin hakimi Temur Qoqoxia məlumat verib. Deputatın pasportunun da əlindən alındığı bildirilib.

Qeyd edək ki, N.Melia iyunun 20-21-də Rustaveli prospektində baş tutan nümayişlər zamanı polislə vətəndaşlar arasında yaranan qarşıdurmanı yaratmaqda, ona liderlik etməkdə və iştirak etməkdə günahlandırılır. Məhkəmənin prokurorluq tərəfindən irəli sürülən bütün ittihamları qəbul edəcəyi təqdirdə deputatı 6 ildən 9 ilədək həbs cəzası gözləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR