Bank Of Baku

Gürcüstanda özbəkistanlı qadınları öldürən Türkiyə vətəndaşına 17 il həbs verilib

Gürcüstanda özbəkistanlı qadınları öldürən Türkiyə vətəndaşına 17 il həbs verilib
# 07 iyun 2019 12:49 (UTC +04:00)

Gürcüstanda iki nəfəri öldürməkdə ittiham edilən Türkiyə vətəndaşına 17 il həbs cəzası verilib.

APA-nın yerli bürosu xəbər verir ki, Batumi şəhər Məhkəməsində keçirilən dinləmədə məhkəmə dəlilləri yetərli sayaraq, müttəhimin cinayəti qəsdən törətdiyi qənaətinə gəlib.

Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, 24 noyabr 2018-ci ildə Özbəkistandan olan iki qadın - L.U.Z və J.M. baş və bədən nahiyələrindən aldıqları zərbələr nəticəsində ölüb. Aparılan istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Türkiyə vətəndaşı olan İ. saxlanılıb. Onun barəsində qəsdən adam öldürmə, eləcə də iki və daha artıq adam öldürmə maddələri ilə cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR