Bank Of Baku

Gürcüstanda güclü yağış daşqına səbəb olub

Gürcüstanda güclü yağış daşqına səbəb olub
# 13 iyun 2019 10:21 (UTC +04:00)

Ötən gecə Gürcüstanın Xaraqauli bələdiyyəsi ərazisinə  yağan güclü yağış və dolu  daşqına səbəb olub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində bələdiyyəyə tabe olan üç yaşayış məntəqəsinə, eləcə də bir fabrikə gediş-gəliş iflic vəziyyətə düşüb.

Xaraqauli bələdiyyəsindən verilən məlumata görə, daşqın  bələdiyyə ərazisindəki bir neçə körpünü uçurub. Hadisə nəticəsində bir ailənin ev heyvanları və quşları tələf olub.

Yerli icra hakimiyyətinin xüsusi texnikası və xilasedicilər hadisə yerinə cəlb olunublar. Dağıntıların aradan qaldırılması və kəndlərə yol hərəkətinin bərpası istiqamətində işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR