Gürcüstanın sabiq müdafiə naziri Davit Kezeraşvili yeni televiziya kanalı açacaq.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə sabiq nazir özünün sosial media hesabında məlumat verib. Bildirib ki, baş verən hadisələr onu Gürcüstanın ictimai-siyasi həyatına yeni telekanal açaraq qoşulmağa vadar edib.
"Yeni televiziya kanalı heç bir partiyanı, maraq dairəsini və ya elit təbəqəni dəstəkləməyəcək. O bütün cəmiyyəti, fikir azadlığını və ölkənin inkişafını dəstəkləyəcək. Telekanal ən ali tərəfsiz və azad media prinsiplərinə sadiq qalacaq”, - deyə D.Kezeriaşvili bildirib.
Qeyd edək ki, D. Kezeriaşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini icra edib.