Rusiyanın İrkutsk vilayətində yanğın 706 min hektardan çox meşə sahəsinə yayılıb.
APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumət orqanları məlumat yayıb.
Bir gün öncə mövcud yanğının 710 min hektar ərazini əhatə etdiyi bildirilmişdi.
Yerli orqanlar avqustun 8-də regionda 370 hektar meşə sahəsində 12 yanğın ocağının söndürüldüyünü bildirib.
Bu gün səhər saatlarında 25 min hektardan çox ərazidə 18 yanğın ocağı meydana çıxıb.