"Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi bu ilin yanvar-mart aylarında yarım milyard dollardan çox olub”.
APA-nın xəbərinə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib. Səfir bildirib ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard 400 milyon ABŞ dolları təşkil edib. Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında ticarət əlaqələri neft sahəsi üzərində qurulmayıb. Ticarət əsasən kənd təsərrüfatı, maşınqayırma sahələrində inkişaf edir.