Bank Of Baku

İrəvanda silahlı şəxs banka basqın edib

İrəvanda silahlı şəxs banka basqın edib
# 17 noyabr 2025 18:00 (UTC +04:00)

Bu gün İrəvanda silahlı şəxs bank filialına daxil olaraq xeyli miqdarda pulu oğurlayıb və hadisə yerindən qaçıb.

APA xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, oğurlanan məbləğ 1 milyon dramdan çoxdur (təxminən 2600 dollar).

Hadisə zamanı silahlı şəxsin Şinararner küçəsi 25 ünvanında yerləşən bank filialına boynunda lövhə ilə girdiyi bildirilir. Lövhədə belə mətn olub: “Əgər mənə pulumu verməsəniz, 20 saniyəyə partladacağam”.

Hadisə ilə bağlı istintaq aparılır, cinayətkarın axtarışları davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR