Bank Of Baku

KİV: Ukrayna Rusiyanın Tatarıstandakı PUA anbarını vurub

KİV: Ukrayna Rusiyanın Tatarıstandakı PUA anbarını vurub
# 09 avqust 2025 15:11 (UTC +04:00)


Ukrayna Təhlükəsizlik Xidməti uzaqmənzilli pilotsuz uçuş aparatları ilə Ukraynadan 1000 kilometrdən çox məsafədə yerləşən Tatarıstandakı “Şahed” pilotsuz aparatlarının saxlandığı anbara zərbə endirib.

APA xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

Qeyd edilib ki, bu gün səhər saatlarında uzaqmənzilli PUA-lar Tatarıstan Respublikasının Kızıl-Yul yaşayış məntəqəsində yerləşən logistika mərkəzini vurub.

Anbarda istifadəyə hazır “Şahed” zərbə dronları və onların istehsalı üçün nəzərdə tutulmuş xarici komplektlər saxlanılırdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR