Korotçenko: “Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olmasını real müharibə sübut edib”

Korotçenko: “Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olmasını real müharibə sübut edib”
# 27 iyun 2024 01:18 (UTC +04:00)

Azərbaycan ordusu bu gün nəinki postsovet məkanının, dünyanın ən güclü orduları sırasındadır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın Xəzər Strateji Araşdırmalar İnstitunun direktoru, “Natsionalnaya Oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olmasını real müharibə sübut edib.

“44 gün və İkinci Qarabağ müharibəsinin yekununda Ermənistan sarsıdıcı məğlumiyyətə uğrayaraq kapitulyasiyaya imza atdı. Demək istəyirəm ki, müasir dünya hərb tarixində qısa müddət ərzində belə miqyasda hərbi əməliyyatın nümunəsi yoxdur. Bütün mütəxəssislər burada iki faktora diqqəti çəkirlər. Birinci faktor ilk dəfə olaraq miqyaslı şəkildə kəşfiyyat və zərbə PUA-larının tətbiq olunmasıdır. Azərbaycan bununla müasir və yüksək texnologiyalı müharibənin necə aparıldığını nümayiş etdirib. İkinci faktor isə, xüsusi təyinatlı qüvvələrin hərbi əməliyyatlarda istifadə olunmasıdır. Şuşanın azad olunması əməliyyatı ustalığına, unikallığına və ən başlıcası hərbi-siyasi nəticələrinə görə bənzərsizdir. Bu gün dünyanın aparıcı ölkələrinin xüsusi təyinatlıları Azərbaycan xüsusi təyinatlıları ilə müqayisə olunur. Ümumilikdə, Azərbaycan ordusunun peşəkar hazırlıq səviyyəsi, zabitlərin və komanda heyətinin ustalığı və əlbəttə ki, qələbənin memarı, Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin rolu xüsusi qeyd olunmalıdır. İlham Əliyev İkinci Qarabağ müharibəsində sərkərdəlik istedadını nümayiş etdirərək qələbədə Azərbaycan Ordusunun göstərdiyi şücaətlə birlikdə həlledici faktora çevrildi”.

Rusiyalı ekspert vurğulayıb ki, indiki mərhələdə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra da ordu quruculuğu əvvəlki kimi ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

“Bura yeni komando hissələrinin formalaşdırılması, yeni hərbi hissələrin müasir və yüksək texnologiyalı silahlar və hərbi tenxikalarla təmin edilməsi daxildir. Əlbəttə ki, “barıt quru saxlanılmalıdır”. Nəzərə alaq ki, Fransa kimi xarici oyunçunun dəstəyi ilə Ermənistan yenidən miqyaslı silahlanma proqramına başlayıb. Ermənistan müasir haubitsalar, yeni hava hücumundan müdafiə sistemləri alır, hərbçiləri, zabitləri qərbin ali hərbi məktəblərinə hazırlıq keçir. Ona görə də, regionda sülhün olması üçün, Azərbaycanın güclü olması lazımdır. Belarus Prezident Aleksandr Lukaşenkonun vurğuladığı kimi, İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın təhlükəsizliyinə cavabdehdir. Bu, o deməkdir ki, xarici liderlər bu gün Azərbaycan ordusunun vəziyyətini və perspektivini görür”, - Korotçenko qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR