Bank Of Baku

Kreml: Hindistan Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün təkliflər təqdim edib

Kreml: Hindistan Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün təkliflər təqdim edib
# 07 oktyabr 2026 14:44 (UTC +04:00)

Hindistan Ukrayna münaqişəsinin həllinə töhfə verməyə hazır olduğunu bəyan edir və Moskva buna görə Yeni Dehliyə minnətdardır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Hindistanın Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həlli üçün təkliflər təqdim etdiyini təsdiqləyib.

“Hindistan həqiqətən də Ukraynadakı münaqişənin həllinə mümkün töhfə verməyə hazır olduğunu bəyan edib. Və biz bu istəyə və ifadə etdikləri fikirlərə görə hindli dostlarımıza minnətdarıq”, - Kreml rəsmisi vurğulayıb.

Qeyd edək ki, "Hindustan Times" nəşri Hindistan rəhbərliyinin Rusiya və Ukrayna arasında üç maddəlik atəşkəs planı təklif etdiyini yazıb. Plan enerji obyektlərinə və digər infrastruktur obyektlərinə hücumların, eləcə də ticarət gəmilərinə zərbələrin dayandırılmasını və Qara dəniz limanları vasitəsilə taxıl və enerji təchizatının fasiləsiz olmasını təmin etməyi təklif edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR