Kiyev "Türk Axını" və "Mavi Axın" qaz kəmərlərinin infrastrukturuna dron hücumlarını artırıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfindən "Türk Axını" və "Mavi Axın" infrastrukturuna hücumlar üçün çoxlu PUA-lardan istifadə olunur.
Peskov Kiyevin Rusiyadakı kompressor stansiyalarına hücum etmək üçün “düşünülməmiş və məsuliyyətsiz” cəhdlərinin qlobal vəziyyəti daha da qeyri-sabitləşdirə biləcəyini vurğulayıb.
Kremlin sözçüsü Rusiya silahlı qüvvələrinin Ukrayna dronlarının Qara dənizdə enerji infrastrukturuna yaratdığı təhlükəni azaltmaq üçün əlindən gələni etdiyini qeyd edib.