Bank Of Baku

Kreml Ukraynada 6 aylıq atəşkəslə bağlı məlumatlara münasibət bildirib

Kreml Ukraynada 6 aylıq atəşkəslə bağlı məlumatlara münasibət bildirib
# 11 mart 2025 13:40 (UTC +04:00)

Kreml Rusiyanın Ukraynada altı aylıq atəşkəsə hazır olması ilə bağlı məlumatlara münasibət bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Qərb mediasında yer alan çoxlu sayda etibarsız məlumatlara diqqət çəkib".

“Hazırda Qərb mediasında çoxlu yanlış məlumatlar, reallığa uyğun gəlməyən çoxlu şayiələr var”, - Kremlin sözçüsü Moskvanın Ukraynada altı aylıq atəşkəsə hazır olması ilə bağlı məlumatları şərh edib.

O, Ukrayna münaqişəsini işıqlandırarkən yalnız rəsmi məlumatlara diqqət yetirməyə çağırıb.

Kreml rəsmisi Ukraynanın Rusiyaya kütləvi dron hücumuna da münasibət bildirib. O qeyd edib ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri yaxşı işləyib, bütün hücumlar dəf edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR