Bank Of Baku

Kuril adalarında 4,1 maqnitudalı zəlzələ baş verib

Kuril adalarında 4,1 maqnitudalı zəlzələ baş verib
# 10 avqust 2026 07:34 (UTC +04:00)

Kuril adalarında, Severo-Kurilsk şəhəri yaxınlığında 4,1 maqnitudalı zəlzələ baş verib.

"TASS" xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmik stansiyası məlumat yayıb.

Məlumata görə, yeraltı təkan saat 07:19-da qeydə alınıb. Zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 76 kilometr cənub-şərqdə, 41 kilometr dərinlikdə yerləşib.

Seysmoloqların məlumatına əsasən, təkanların gücü Severo-Kurilskdə 2-3 bala qədər hiss oluna bilərdi.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb, dağıntı qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR