“Əgər amerikalılar Ankoricdə əldə edilən razılaşmalardan imtina etməsəydilər, artıq bir il idi ki, müharibəsiz yaşayardıq".
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Ankoricdəki sammitdə razılaşmalar əldə edilib və Rusiya ABŞ-ın təklifini dəyişikliksiz qəbul edib.
"Orada razılaşma olub. Təklif verdikdə və o, dəyişikliksiz qəbul edildikdə, bu, razılaşma deyilmi? Əlbəttə ki, bu, razılaşmadır. Heç olmasa dürüst insanlar arasında", - Rusiya XİN başçısı vurğulayıb.
Lavrov “xüsusi hərbi əməliyyat”ın mümkün müddəti ilə bağlı suala cavab verərkən bildirib ki, Rusiya heç bir süni məqsəd qoymur, mülki şəxslərin və hərbçilərinin həyatını qorumaq üçün əlindən gələni edir.