Lavrov Moldova və Ermənistan rəhbərliyinə xəbərdarlıq edib

Lavrov Moldova və Ermənistan rəhbərliyinə xəbərdarlıq edib
# 19 aprel 2024 15:38 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov Moldova və Ermənistan rəhbərliyinə xəbərdarlıq edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Lavrov yerli KİV-ə müsahibəsində Qərbə güvənib Rusiya əleyhinə siyasət aparan Ermənistana və Moldova hakimiyyətinə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borellin bəyanatını xatırladıb.

“Sanduya (Maya Sandu. Moldovanın prezidenti-red), Ermənistanı harasa aparamaq istəyənlərə Avropa İttifaqının Xarici İşlər və Təhlüksizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borellin bəyanatını xatırlatmaq lazımdır. Həmin bəyanatda Borell avropalıları müharibəni davam etdirməyə məcbur edir və bildirir ki, onlar Ukraynaya görə deyil, özlərinə görə Rusiya ilə müharibə aparırlar. Bunun ardınca isə, Zelenski bildirdi ki, “Onlar (Avropa-red) Ukraynaya görə vuruşmurlar, öz maraqları uğrunda vuruşurlar. Aydınlanma... Qoy indi Qərbin əsarətində olanlarda aydınlanma tez baş versin”, deyə Rusiya XİN başçısı vurğulayıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR