Bank Of Baku

Lukaşenko Ukrayna müharibəsi haqqında: Bu il tunelin sonunda işıq görünəcək

Aleksandr Lukaşenko

© APA | Aleksandr Lukaşenko

# 26 yanvar 2025 16:16 (UTC +04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukraynada müharibə bu il başa çata bilər.

APA xəbər verir ki, Lukaşenko bu barədə Belarusda prezident seçkiləri günü keçirdiyi mətbuat konfransında bildirib.

"Tunelin sonundakı işıq bu il görünəcək" – o deyib.

Lukaşenko əlavə edib ki, kompromisi tapmalı olacaqlar: “Gözlənən odur ki, zaman gələcək ki, xalq harada yaşayacağına və hansı valyutadan istifadə edəcəyinə özü qərar verəcək”.

Lukaşenko qeyd edib ki, bunlar danışıqlar masasında həll olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR