Bank Of Baku

Moldova Müdafiə Nazirliyi: Milli ordu ölkədəki siyasi böhrana müdaxilə etməyəcək

Moldova Müdafiə Nazirliyi: Milli ordu ölkədəki siyasi böhrana müdaxilə etməyəcək
# 10 iyun 2019 13:07 (UTC +04:00)

"Moldova milli ordusu ölkədəki siyasi böhrana müdaxilə etməyəcək və iş rejimini dəyişməyəcək".

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.

“Moldova milli ordusu adi qaydada öz işinə davam edərək böhrana müdaxilə etməyəcək və siyasi oyunlardan uzaq olacaq”, deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda qeyd edilir ki, ölkədəki siyasi vəziyyət aydınlaşana qədər milli ordu Konstitusiya qanununa tabe olacaq.

Qeyd edək ki, şənbə günü Rusiya yönümlü Sosialist Partiyası və Avropa yönümlü ACUM bloku parlament çoxluğunu formalaşdırıb və 3 aydan sonra yeni hökumətin qurulduğu elan edilib. Ancaq Konstitusiya Məhkəməsi parlamentin bu qərarını qanunsuz elan edib. Parlament isə Demokrat Partiyasının məhkəmə yolu ilə hakimiyyəti mənimsəməyə cəhd etdiyini bəyan edib.

Moldova Konstitusiya Məhkəməsi Prezident səlahiyyətlərini müvəqqəti baş nazir Pavel Filipə həvalə edib. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilib ki, P. Filip parlamenti buraxmalı və növbədənkənar parlament seçkiləri təyin etməlidir.

Moldova Prezidenti İqor Dodon isə Konstitusiya Məhkəməsinin Moldova Prezidenti səlahiyyətlərini baş nazir P.l Filipə həvalə etməsi barədə qərarını hakimiyyəti mənimsəməyə yönələn addım kimi qiymətləndirib. İ. Dodon "Facebook" sosial şəbəkəsindəki səhifəsində beynəlxalq ictimaiyyətdən hakimiyyətin ötürülməsi məsələsində vasitəçilik etməyi xahiş edib. İ. Dodon bildirib ki, Demokrat Partiyası hakimiyyəti parlament çoxluğuna və qanuni hakimiyyətə təhvil vermək istəmədiyi üçün başqa çıxış yolu yoxdur. O, eyni zamanda xalqı etiraz aksiyalarına başlamağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR