Bank Of Baku

Moldova prezidenti deputatlara koalisiya formalaşdırmaq üçün daha bir gün vaxt verib

Moldova prezidenti deputatlara koalisiya formalaşdırmaq üçün daha bir gün vaxt verib
# 08 iyun 2019 12:28 (UTC +04:00)

"Moldovalı deputatların kompromisə gəlmək və koalisiya formalaşdırmaq üçün son günü qalıb".

APA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Moldova prezidenti İqor Dodon keçirdiyi brifinq zamanı bildirib.

O, koalisiya formalaşdırılacağı təqdirdə belə, bu qərarın ölkədə və xaricdə tanınacağına tərəddüd etdiyini bildirib. 

Moldovanın Konstitusiya Məhkəməsinin qərarına əsasən, deputatlar iyunun 7-dək hökuməti formalaşdıra bilməsələr, prezident parlamenti buraxa bilər. İ.Dodon isə iyunun 10-dək parlamenti buraxmayacağını bəyan edib. 

Qeyd edək ki, fevralın 24-də Moldovada keçirilən parlament seçkilərindən sonra heç bir partiya parlament çoxluğu qazanmayıb. Bu səbəbdən də hökumətin qurulması üçün parlamentdə koalisiya formalaşdırmaq zərurəti yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR