Bank Of Baku

Moldovada parlament və hökumət üzvlərinin Rusiyaya getmək qadağasına son qoyulub

Moldovada parlament və hökumət üzvlərinin Rusiyaya getmək qadağasına son qoyulub
# 29 iyul 2019 11:58 (UTC +04:00)

Moldovada 2017-ci ilin mart ayından qüvvədə olan parlament və hökumət üzvlərinin Rusiyaya səfər etməsi qadağası aradan qaldırılıb.

APA-nın xəbərinə görə, bunu Moldova prezidenti İqor Dodon “RTR Moldova” telekanalının canlı yayımında deyib.

O bildirib ki, qadağa ləğv ediləndən sonra ikitərəfli məsələləri müzakirə etmək mümkündür. 

Dodonun sözlərinə görə, Rusiyanın baş naziri Dmitri Medvedev Moldova Nazirlər Kabinetinin rəhbəri Maya Sandanı səfərə dəvət edib. 

 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR