Bank Of Baku

Moskvada icazəsiz etiraz aksiyasında saxlanılanların sayı 1000-i keçib - YENİLƏNİB

Moskvada icazəsiz etiraz aksiyasında saxlanılanların sayı 1000-i keçib - YENİLƏNİB
# 27 iyul 2019 22:55 (UTC +04:00)

Rusiyada polis əməkdaşları qvardiyaçılarla birgə Moskvanın mərkəzində keçirilmiş icazəsiz aksiyada iştirak edən 1000 nəfərdən çox etirazçını saxlayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin mətbuat xidməti məlumat yayıb.

“Paytaxtın mərkəzində icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1074 nəfər saxlanılıb”, - məlumatda belə deyilir.

Onlar barəsində lazımi akt tərtib olunacağı bildirilir. Polisin hesablamasına görə, aksiyada ümumilikdə 3500-dən çox adam toplaşıb.

***

Saat 16:42

Bu gün Rusiyanın paytaxtı Moskvada keçirilən etiraz aksiyasında 200-dən çox şəxs polis tərəfindən saxlanılıb. 

APA AFP-yə istinadən xəbər verir ki, aksiya iştirakçıları hökumətin Moskva Şəhər Dumasına keçiriləcək seçkilərdə müstəqil namizədlərin iştirakına icazə verməməsinə etiraz edirlər. 

Məlumata görə, etiraz aksiyası başlayana qədər polis müxalifət üzvləri də daxil olmaqla, 50-yə yaxın şəxsi həbs edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR