Bank Of Baku

Novak: Rusiya dizel yanacağının ixracına qoyulan məhdudiyyətləri vaxtından əvvəl aradan qaldırır

Rusiya Baş nazirinin müavini Aleksandr Novak

© APA | Rusiya Baş nazirinin müavini Aleksandr Novak

# 10 oktyabr 2026 00:22 (UTC +04:00)

Rusiya dizel yanacağının ixracına tətbiq edilən məhdudiyyətlərin vaxtından əvvəl aradan qaldırılmasına başlayır.

APA-nın Moskva bürosunun məlumatına görə, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, Rusiya oktyabr ayından etibarən ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır.

Novak qeyd edib ki, neft emalı zavodlarının təmirdən sonra fəaliyyətini bərpa etməsi ilə əlaqədar Rusiya noyabr və dekabr aylarında dizel yanacağının ixracını artıra bilər.

Baş nazirin müavini həmçinin bildirib ki, Rusiya qlobal enerji bazarının sabitləşdirilməsi və normal enerji ticarətinin bərpası istiqamətində ABŞ-ın atdığı addımları müsbət qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR