Peskov: Moskva Ukrayna SQ-nin Belarus sərhədinə yerləşdirilməsindən narahatdır

Kremlin mətbuat katibi Dmitri Peskov

© APA | Kremlin mətbuat katibi Dmitri Peskov

# 01 iyul 2024 13:49 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin Belarus sərhədinə yerləşdirilməsi Moskvanın narahatlığına səbəb olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Belarus ittifaq dövlətidir, bizim bütün müvafiq qurumlar, o cümlədən xüsusi xidmətlər arasında xüsusi dialoq formatları var və bizim müdafiə nazirliklərimiz tərəfdaşlar kimi daim əlaqə saxlayırlar. Ona görə də əlbəttə ki, bunlar təkcə Minski deyil, həm də Moskvanı narahat edən səbəblərdir, çünki biz həqiqətən müttəfiq və tərəfdaşıq”, - deyə Kremlin sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR