Əgər Ermənistan Gümrüdəki Rusiya hərbi bazasına ehtiyac duymadığını düşünürsə, Rusiya sabah oradan çıxmağa hazırdır.
APA-nın Moskva bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Ermənistan buna hazırdır? Biz heç nəyi zorla qəbul etdirməyəcəyik”, – deyə Putin Ermənistandakı Rusiya hərbi bazasının çıxarılmasının mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib.
***
00:32
Əgər Ermənistan Gümrüdəki Rusiya hərbi bazasına ehtiyac duymadığını hesab edirsə, Rusiya oranı tərk etməyə hazırdır.
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.