Bank Of Baku

Putin İkinci Dünya müharibəsi ilə bağlı Polşada keçiriləcək tədbirə dəvət edilməyib

Putin İkinci Dünya müharibəsi ilə bağlı Polşada keçiriləcək tədbirə dəvət edilməyib
# 24 iyul 2019 18:24 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Polşanın paytaxtı Varşavada keçiriləcək İkinci Dünya müharibəsinin başlanmasının 80-ci il dönümünə həsr olunmuş rəsmi tədbirlərdə iştirak etməyəcək.

APA-nın xəbərinə görə, bu barədə Polşa prezidentinin mətbuat katibi Blajey Spıxalski məlumat verib.

O bildirib ki, İkinci Dünya müharibəsinin başlanmasının 80-ci il dönümünə həsr olunmuş rəsmi tədbirlərdə əsasən, NATO, Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin liderləri iştirak edəcək. 

Mətbuat katibinin sözlərinə görə, tədbirdə iştirak üçün ümumiyyətlə V. Putinə dəvətnamə göndərilməyib.

“Biz istəyirik ki, İkinci Dünya müharibəsinin başlanmasının 80-ci il dönümünə həsr edilmiş tədbirlərdə mümkün qədər çox bizim tərəfdaşımız olan ölkələr, ələlxüsus da Avropa İttifaqına (Aİ) və NATO-ya üzv dövlətlər iştirak etsin”, - mətbuat katibi vurğulayıb.

B. Spıxalski qeyd edib ki, sentyabrın 1-də baş tutacaq tədbirlərdə Almaniya prezidenti Frank-Valter Ştaynmayer və ya kansler Angela Merkel iştirak edəcək. Bundan əlavə, ABŞ prezidenti Donald Trampın da Varşavaya gedəcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR