Putin Trampın Rusiya ilə əlaqələri inkişaf etdirmək imkanlarını qiymətləndirib

Putin Trampın Rusiya ilə əlaqələri inkişaf etdirmək imkanlarını qiymətləndirib
# 23 iyun 2019 14:20 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın ABŞ-Rusyia münasibətlərini inkişaf etdirmək imkanlarını qiymətləndirib.

APA-nın məlumatına görə, V. Putin NTV telekanalının Azərbaycan əsilli aparıcısı İradə Zeynalovaya müsahibəsində deyib ki, ABŞ siyasi sistemi D. Trampın Rusiya ilə münasibətləri inkişaf etdirmək imkanlarını məhdudlaşdırır.

Bununla belə, Rusiya Prezidenti bir çox məsələnin syiasi iradədən asılı olduğunu qeyd edib: "Rusiya və ABŞ dialoqda maraqlıdır. Öz məqsədinə güc yolu ilə çatmaq uğur qazanmır. Ancaq sözsüz ki, dialoq vacibdir. Hər kəsin məsələlərin həllinə öz baxışı var. Ancaq dialoqsuz konsensus tapılması mümkün deyil. Buna görə də nə vaxt onlar hazır olsalar, biz məmnuniyyətlə əlaqələri inkişaf etdirməyə hazırıq. Bu baxımdan Rusiya ABŞ-ı tələsdirməyə meylli deyil. ABŞ özü qərar verməlidir ki, Rusiya ilə əlaqələri inkişaf etdirmək onlar üçün lazımdır, yoxsa lazım deyil. Buna görə də dialoq lazımdır və biz də dialoqa hazırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR