Bank Of Baku

Qaraçay-Çərkəz Respublikasında 300 kiloqramlıq xəstə qeyri-adi yolla təxliyyə edilib

Qaraçay-Çərkəz Respublikasında 300 kiloqramlıq xəstə qeyri-adi yolla təxliyyə edilib
# 28 iyul 2019 04:58 (UTC +04:00)

Qaraçay-Çərkəz Respublikasında xilasetmə xidməti qeyri-adi əməliyyat həyata keçirib.

APA “Gazeta” portalına istinadən xəbər verir ki, xilasedicilər çəkisi 300 kq olan xəstəni təxliyyə ediblər.

Bildirilir ki, həmin şəxs insult keçirib. Onun xəstəxanaya çatdırılması həkimlər üçün qeyri-mümkün olub. Buna görə də xilasetmə xidmətinə məlumat verilib.

Ağırçəkili xəstə koma vəziyyətində mənzilin pəncərəsindən qaldırıcı kranın köməkliyi ilə çıxarılıb və xəstəxanaya çatdırılıb.

Hazırda o, yerli xəstəxanada həkim nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR