Bu gün axşam saatlarında Quba rayonunun dağlıq ərazilərinə dolu yağıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, yağıntı təxminən 10 dəqiqə davam edib.
Yerli sakinlərin APA-ya bildirdiklərinə görə, yağan dolunun ölçüsü 5 millimetrdən 20 millimetrə qədər olub.