Bank Of Baku

Rospotrebnadzor: İrkutsk vilayətində sanitar-epidemioloji vəziyyət sabitdir

Rospotrebnadzor: İrkutsk vilayətində sanitar-epidemioloji vəziyyət sabitdir
# 06 oktyabr 2026 00:47 (UTC +04:00)

Rusiyanın İrkutsk vilayətində sanitar-epidemioloji vəziyyət sabitdir.

APA-nın Moskva bürosunun məlumatına görə, bu barədə “Rospotrebnadzor” məlumat yayıb.

Qeyd olunub ki, pnevmoniyadan ölən qadınla təmasda olan şəxslər arasında iki COVID-19 və bir rinovirus halı aşkarlanıb.

Qurumdan bildirilib ki, İrkutsk vilayətində pnevmoniya diaqnozu qoyulmuş qadınla təmasda olan şəxslərin 60%-nin müşahidəsi artıq başa çatıb.

“İrkutsk vilayətində kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi epidemioloji həddən 12,6% aşağıdır və uzunmüddətli orta göstəriciyə uyğundur. Vilayətdə hər həftə təxminən 16 min kəskin respirator virus infeksiyası halı qeydə alınır və son iki həftə ərzində artım müşahidə edilməyib”, – məlumatda bildirilib.

Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində Vəba ilə Mübarizə İnstitutunun 28 yaşlı laboratoriya əməkdaşının ölümündən sonra vəba şübhəsi ilə 200-ə yaxın şəxsin nəzarətə götürüldüyü barədə məlumat yayılıb. Bəzi xəstəxanalarda üç həftəlik karantin tətbiq edildiyi bildirilir. “Rospotrebnadzor” isə vəba diaqnozunun təsdiqlənmədiyini açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov İrkutsk vilayətindəki vəziyyətlə bağlı şayiələrə deyil, “Rospotrebnadzor” mütəxəssislərinin açıqlamalarına əsaslanmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR