Bank Of Baku

Ruben Rubinyan: Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil, belə mexanizm yoxdur

Ermənistan parlamentinin spikeri Ruben Rubinyan

© APA | Ermənistan parlamentinin spikeri Ruben Rubinyan

# 14 sentyabr 2026 16:24 (UTC +04:00)

Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması və ya ittifaqdan xaric edilməsi halında ölkə iqtisadiyyatında hansı dəyişikliklərin baş verəcəyi parlamentdə müzakirə olunub.

"Sputnik-Armenia" xəbər verir ki, bu barədə müxalifətçi deputat Aqnessa Hаmoyan iqtisadiyyat nazirinin müavini Narek Ovаkimyana Ermənistanın Aİİ-dən çıxmasının ölkə iqtisadiyyatına təsiri ilə bağlı sual ünvanlayıb.

Müzakirə zamanı parlamentin spikeri Ruben Rubinyan da məsələyə münasibət bildirib.

“Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil, belə bir mexanizm mövcud deyil”, –Rubinyan bildirib.

Qeyd edək ki, məsələ Aİİ ilə İndoneziya arasında ticarət sazişinin Ermənistan parlamentində müzakirəsi zamanı gündəmə gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR