Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşının Fransa hava limanında saxlanılması ilə bağlı Parisə demarş edilib.
Zaxarova qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Fransa sərhəd xidməti tərəfindən saxlanılıb, onun kompüteri və telefonu müsadirə edilib.
Rusiya XİN sözçüsü Moskvanın Parisdən izahat tələb etdiyini vurğulayıb.