Rusiya MN: Qara dənizdə ABŞ-yə aid PUA-ların uçuşu toqquşma riskini artırır

Rusiya MN: Qara dənizdə ABŞ-yə aid PUA-ların uçuşu toqquşma riskini artırır
# 28 iyun 2024 11:58 (UTC +04:00)

ABŞ-yə məxsus strateji pilotsuz uçuş aparatlarının Qara dəniz üzərindən uçuşu NATO ilə Rusiya arasında havada birbaşa toqquşma riskini artırır.

APA-nın TASS-a istinasən xəbərinə görə, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Məlumatda son günlər ABŞ-nin hərbi arsenalına aid analoji uçuş vasitələrinin sözü gedən akvatoriyadan intensiv manevrlərinin müşahidə olunduğu qeyd edilib:

"Bu addım həm ABŞ, həm də NATO-nun Ukraynadakı münaqişədə hakimiyyəti dəstəkləyən tərəf olaraq iştirakını getdikcə daha da artırdığını göstərir. Analoji uçuşlar Rusiya Hərbi Kosmik Qüvvələri ilə hava məkanı üzərində toqquşma riskini daha da artırır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR