Rusiya Ukraynaya aviazərbələr endirib: 8 ölü, 25 yaralı var - YENİLƏNİB

Rusiya Ukraynaya aviazərbələr endirib: 8 ölü, 25 yaralı var - YENİLƏNİB
# 19 aprel 2024 12:07 (UTC +04:00)

Gecə saatlarında Rusiyanın Dneprin bombalaması nəticəsində son məlumata görə 8 nəfər ölüb, 25 nəfər yaralanıb.

APA-nın “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli administrasiya açıqlama yayıb.

Qeyd olunub ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Bu arada, “Ukrayna Dövlət Dəmir Yolları” şirkəti Dneprdəki dəmir yolu vağzalının fəaliyyətini dayandırıb. Ölkənin Müdafiə Nazirliyi isə yaydığı məlumatda Dneprə atılan raketlərdən on beşinin zərərsizləşdirildiyini bildirib.

Onların arasında qanadlı raketlər, eləcə də pilotsuz uçuş apartları var.

***

09:37

Rusiyanın ötən gecə Dneprə atdığı raketlərdən biri beşmərtəbəli yaşayış binasını hədəfə alıb.

APA-nın UNIAN-a istinadən xəbərinə görə, nəticədə tikilinin bir hissəsi yanaraq yararsız hala düşüb.

Xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfər çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Krivoy-Roq şəhərindəki infrastruktur obyektlərindən birinə hava hücumu zamanı isə bir nəfər həlak olub, doqquzu yaralanıb. Bunu jurnalistlərə şəhərin meri Boris Filatov bildirib.

Pavloqrad şəhəri də raket zərbələrinə məruz qalıb. Nəticədə iki nəfər ölüb, 15 nəfər ağır xəsarətlər alıb. Aviahücum zamanı şəhərdəki müəssisələrdən biri sıradan çıxarılıb.

Sinelnikova da raket hücumu baş verib. Bu zaman aralarında azyaşlı uşaqlar da olmaqla, ölən və yaralananların olduğu açıqlanıb. Şəhərdə 4 fərdi ev dağılıb, səkkizi isə yararsız hala düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR