Bank Of Baku

Rusiya XİN: ABŞ-la konstruktiv dialoqa hazırıq

Rusiya XİN: ABŞ-la konstruktiv dialoqa hazırıq
# 05 avqust 2019 12:56 (UTC +04:00)

“Rusiya ABŞ-la qarşılıqlı hörmət və maraqların nəzərə alınması əsasında, strateji stabillik məsələləri üzrə konstruktiv dialoqun davam etdirilməsini dəstəkləyir”.

APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov orta və yaxın mənzilli raketlərin ləğv edilməsi üzrə müqavilənin dayandırılması ilə bağlı brifinq zamanı bildirib.

“Rəsmi Vaşinqtonu məsuliyyət nümayiş etdirməyə və Rusiyanın nümunəsinə əməl edərək orta və yaxın mənzilli raketlərin istehsalını dayandırmağa çağırırıq. Biz əvvəlki kimi ABŞ-la bərabər hüquqlu və konstruktiv dialoqa hazırıq”, - S. Ryabkov deyib. 

Qeyd edək ki, avqustun 2-də ABŞ Rusiyanın müqavilənin şərtlərini pozmasını səbəb gətirərək rəsmən orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR