Bank Of Baku

Rusiyada baş vermiş təyyarə qəzasında 2 nəfər ölüb, 22-si yaralanıb - FOTO - VİDEO

Rusiyada baş vermiş təyyarə qəzasında 2 nəfər ölüb, 22-si yaralanıb - FOTO - VİDEO
# 27 iyun 2019 08:26 (UTC +04:00)

Rusiyanın Buryatiya Respublikasında təyyarə qəzası baş verib.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Bildirilir ki, Buryatiyanın şimalında yerləşən hava limanında baş vermiş hadisədə 2 pilot həlak olub,  22 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib.

Təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. 

İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxaraq binaya çırpılıb. Həmin an təyyarə alovlanıb.

Qeyd edək ki, təyyarə Nijneanqarskdan Ulan-Ude istiqamətində uçurmuş. Səbəb kimi mühərriklərdən birində nasazlığın olması göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR