Rusiyanın Sverdlovski əyalətində Karpinsk-Kıtlım yolunun 44-cü kilometrində qəzaya düşən yanacaq daşıyan avtomobilin sürücüsünün sərxoş olduğu məlum olub.
APA xəbər verir ki, yerli KİV-in məlumatına görə, avtomobilin qəzaya düşməsi nəticəsində yaranan alovda 3 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar helikopterlə Yekaterinburqa çatdırılıblar.
****
02:50
Rusiyanın Sverdlovski əyalətində bədbəxt hadisə baş verib.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, yanacaq daşıyan avtomovilin partlayıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisənin hansı səbəbdən baş verməsi istiqamətində araşdırma aparılır.