Bank Of Baku

Rusiyada yol qəzasında 7 nəfər ölüb

Rusiyada yol qəzasında 7 nəfər ölüb
# 06 avqust 2019 11:02 (UTC +04:00)

Rusiyada ölümlə nəticələnən yol qəzası baş verib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza səhər saat 05:00 radələrində Ryazan vilayətinin Sasova rayonunda magistral yolda qeydə alınıb. 

“Mercedes-Benz Vito” markalı mikroavtobus “Toyota Land Cruiser” markalı minik avtomobili ilə toqquşub. 

Qəza nəticəsində 7 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Xəsarət alanların arasında uşaqlar da var. Yaralılar xəstəxanaya yerləşdirilib, 2 yaralı əməliyyat olunub.  

Məlumata görə, avtobus Tacikistan istiqamətində hərəkətdə olub. Avtobusun sərnişinləri Tacikistan vətəndaşlarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR