Rusiyada İİV ölkənin 30 regionunda ümumiləşdirilmiş epidemiya miqyasına qədər yayılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb.
Bildirilib ki, virus getdikcə təkcə yüksək risk qruplarında deyil, həm də ümumi əhali arasında aşkarlanır.
40-50 yaş arası rusiyalı kişilərin arasında 3%-dən çoxunun hazırda İİV ilə yaşadığı qeyd olunub.
Vurğulanıb ki, səhiyyə müəssisələrində yoluxma hallarının artması barədə də məlumatlar var.