Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətini atəşə tutmaqda davam edir.
APA xəbər verir ki, bu barədə qubernator Vyaçeslav Qladkov "Telegram" kanalında məlumat verib.
Atəş nəticəsində vilayətdə yaralanan mülki vətəndaşların sayı 10-a yüksəlib.
"10 mülki şəxs xəsarət alıb. Onlardan 6-sı xəstəxanadadır. Onlara bütün lazımi tibbi yardım göstərilir", - qubernator bildirib.