Bank Of Baku

Rusiyanın Bryansk vilayətində körpü partlamasından sonra zərərçəkənlərin sayı 73-ə çatıb, 7 nəfər ölüb - VİDEO - YENİLƏNİB-4

Rusiyanın Bryansk vilayətində körpü partlamasından sonra zərərçəkənlərin sayı 73-ə çatıb, 7 nəfər ölüb - VİDEO  - YENİLƏNİB-4
# 01 iyun 2025 13:35 (UTC +04:00)

Bryansk vilayətinin Vyqoniçski rayonunda körpü dayaqlarının partladılması nəticəsində 7 nəfər həyatını itirib.

APA yerli mediaya istinadən xəbər verir ki, bu barədə yerli mediada son məlumatlar yayılıb.

Xəsarət alanlar arasında dörd uşaq var

Zərərçəkənlərin sayı 73 nəfərə çatıb. Onların arasında dörd uşaq var. İki uşaq orta dərəcəli xəsarətlərlə yerli xəstəxanalara yerləşdirilib. Digər bir uşaq – körpə isə ağır vəziyyətdədir və Moskva şəhərinə, doktor Roşal klinikasına aparılması planlaşdırılır.

***

09:41

Xəbərə video əlavə edilib.

***

09:30

“Qatar hərəkətdə olarkən körpü partladılıb”.

APA xəbər verir ki, bu barədə iyunun 1-də bölgənin qubernatoru Aleksandr Boqomaz məlumat verib.

Onun sözlərinə görə, Bryansk vilayətində qatar hərəkəti zamanı dəmir yolu üzərindəki körpü partladılıb: “Qatar qəzası nəticəsində xəsarət alanlar operativ şəkildə xəstəxanaya yerləşdirilib”.

***

03:58

Rusiyanın Bryansk vilayətində körpünün çökməsi nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Hadisə yerində xilasetmə işləri davam edir.

***
03:35

Rusiyanın Bryansk vilayətində körpünün aşması nəticəsində 3 nəfər ölüb, daha 31 nəfər isə xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) "Telegram" kanalında məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, hadisə zamanı sərnişin qatarının vaqonları və lokomotivi körpünün dağıntıları altında qalıb. FHN əməkdaşları ərazidə axtarış-xilasetmə işlərini davam etdirir.

Qəzanın nəticələrinin aradan qaldırılmasına təxminən 180 nəfərlik heyət və 60 texnika cəlb olunub.

Bildirilib ki, hadisə mayın 31-i axşam saatlarında Vyqoniçi qəsəbəsi yaxınlığında baş verib. Körpü üzərində avtomobillər olarkən çöküb və bu zaman altından keçən sərnişin qatarı dağıntıların altında qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR