Bank Of Baku

Rusiya MN: Kemerovada hərbi təyyarə qəzaya uğrayıb, göyərtədə olan 19 nəfər ölüb - YENİLƏNİB-1

Rusiya MN: Kemerovada hərbi təyyarə qəzaya uğrayıb, göyərtədə olan 19 nəfər ölüb - YENİLƏNİB-1
# 17 noyabr 2026 23:08 (UTC +04:00)

Rusiyanın Kemerovo vilayətində An-12 təyyarəsi qəzaya uğrayıb və nəticədə göyərtədə olan 19 nəfər həlak olub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qəzanın planlaşdırılmış uçuş zamanı baş verdiyini açıqlayıb.

Bildirilib ki, qəzaya ilkin səbəb texniki nasazlıq olub.

Qeyd olunub ki, Rusiya hava kosmik Qüvvələrinin komissiyası qəzanın bütün hallarını müəyyən etmək üçün hadisə yerində işləyir.

***
19:09

Rusiyanın Kemerovo vilayətinin Yagunovo kəndində An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub.

APA xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, təyyarə hələ havada olarkən alışıb, daha sonra kəskin şəkildə aşağı enərək yerə çırpılıb və partlayıb.

***

18:56

Rusiyanın Kemerovo vilayətində təyyarə qəzası baş verib.

“NGS42.RU” portalının xəbərinə görə, qəza nəticəsində ən azı 3 nəfər ölüb.

Məlumata görə, hadisə noyabrın 17-də Kemerovo vilayətinin Yagunovo kəndi yaxınlığında qeydə alınıb.

Vilayətin qubernatoru İlya Seredyuk hadisəni aviasiya insidenti kimi xarakterizə edib.

“Hadisə yerində operativ xidmətlər işləyir. Regional hakimiyyət tərəfindən zəruri köməklik göstərilir”, – qubernator sosial şəbəkə hesabında yazıb.

İlkin məlumatlara görə, qəzaya uğrayan təyyarənin "An-12" olduğu müəyyən edilib. Təyyarə ekipajının həlak olduğu bildirilib. Təyyarədə 13 nəfərin olduğu ehtimal edilir.

Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR