Rusiyanın ən güclü rabitə peyklərindən olan “Yamal-601” işçi orbitə daxil ola bilməyib.
APA vesti.ru-ya istinadla xəbər verir ki, buna səbəb raket daşıyıcısında deyil deyil, məhz peykin öz mühərrikində baş vermiş nasazlıq olub. Sözügedən mühərrikin adı çəkilməyən Avropa şirkətlərindən biri tərəfindən hazırlandığı bildirilir.
Peyk raket daşıyıcıdan normal ayrılıb. “Proton-M” daşıyıcısı peyki hesablanmış nöqtəyə gətirə bilib. Ayrılıqdan sonra “Yamal-601”in mühərriklərindən birində nasazlıq ortaya çıxıb və digər mühərrikləri kompensasiya edə bilməyib.
Qeyd edək ki, “Yamal-601” layihəsi Rusiyanın Televiziya və Radio Yayımlarının inkişafı üzrə “Federal Hədəf” Proqramının bir hissəsidir.
Peyk Avropanın “Thales Alenia Space” şirkəti tərəfindən hazırlanıb və mayın 30-da Baykonurdan fəzaya buraxılıb.
Qeyd edək ki, peyk ilk dəfə olaraq “Proton-M” raket daşıyıcısı ilə kosmosa göndərilib. Növbəti göndəriş iyun ayının sonunda reallaşacaq. Raket “Spektr RQ” kosmik observatoryasından kosmosa göndəriləcək.